Finlandiya sahillərindəki Rusiya gəmisində yanğın davam edir

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Finlandiyanın sahillərində, Rusiyaya məxsus “Sparta II” yük gəmisinə pilotsuz uçuş aparatları tərəfindən hücum edilib. Yanğının hələ də söndürülmədiyi bildirilir. Hadisə ilə bağlı məlumatı Finlandiyanın Sahil Mühafizəsi yayıb.
Gecə saatlarında hücum baş verdikdən sonra yanğının söndürülməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Yanğını söndürmək üçün bir neçə gəmi yerində cəlb olunaraq su şırnaqları vasitəsilə alovun üzərində çalışıb.
Finlandiya hərbçiləri hücumun Ukrayna tərəfindən həyata keçirildiyini irəli sürür. Gəmi, hücumdan sonra, Finlandiyanın ərazi sularına daxil olaraq lövbərdə gözləyir. Gəminin 16 nəfərlik heyəti təxliyə edilərək yaxınlıqdakı Rusiya gəminə keçirilib.
Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vark, Finlandiya körfəzində yeni hücumların baş vermə ehtimalını istisna etməyib. Qeyd edək ki, “Sparta II” gəmisi noyabrın 21-də iki PUA ilə hücuma məruz qalıb. Bu gəmi, Rusiyanın Müdafiə Nazirliyinə logistika xidməti təqdim edən “Oboronlogistika” şirkətinə aiddir və ABŞ-nin sanksiyaları altındadır.