Ezonn Xəbər

Gürcüstanda surroqat analıq qadağan edilir

Gürcüstanda surroqat analıq qadağan edilir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası surroqat analığın tamamilə qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə parlamentin çoxluq lideri İrakli Kirtsxaliya brifinqdə məlumat verib. Kirtsxaliya bildirib ki, müvafiq qanun layihəsi yaxın zamanda parlamentə təqdim olunacaq. O, qeyd edib ki, bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə də fəal müzakirələr aparılır. Qərar, surroqat analıqla bağlı ciddi etik və hüquqi risklərin olması nəzərə alınaraq qəbul edilib. Parlamentari insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət çəkib. Bu narahatlıqlar, surroqat analığın qayda-qanunlar çərçivəsində həyata keçirilmədiyi hallarda yaranan problemlərlə bağlıdır. Qeyd edək ki, bu il 2023-cü ildə Gürcüstan hakimiyyəti surroqat analıq xidmətlərinin xarici vətəndaşlar üçün qadağan edilməsini müzakirə etmişdi. Lakin indi bu fəaliyyətin ölkə ərazisində tamamilə qadağan edilməsi nəzərdə tutulur.