İndoneziyada yanan fabrikdən 7 cəsəd çıxarılıb: İtkin düşənlərin sayı 50-yə çatıb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İndoneziyanın Banten əyalətinin Çikande bölgəsində yerləşən bir şirniyyat fabrikində baş verən yanğın nəticəsində 7 cəsədin qalıqları aşkar edilib. Hadisə yerindən çıxarılan insan qalıqları 7 meyit torbasında tapılıb. Yanğın zamanı 50 nəfərin itkin düşdüyü bildirilib.
Polis məlumatlarına görə, meyit torbalarından birində bir neçə insana aid qalıqların olduğu ehtimal edilir. Bu səbəbdən, ölənlərin dəqiq sayı hələlik müəyənləşdirilə bilmir. Meyitlərin tanınması üçün yaxınlarından DNT nümunələri götürülür. Şəxsiyyətlərin dəqiqləşdirilməsi prosesinin iki-üç həftə davam edə biləcəyi bildirilir.
Yanğın, "PT Fonusa Agung Mulia" fabrikində baş verib. Hadisə nəticəsində ilkin məlumatlara əsasən, 3 nəfər ölü, 4 nəfər yaralı və 36 nəfərdən xəbər yoxdur. Yanğın zamanı 15 nəfər xilas edilib. Xilas edilənlərdən 4-ü xəstəxanaya yerləşdirilib.
Axtarış-xilasetmə əməliyyatları hazırda davam edir, lakin yanğının səbəbi hələ müəyyən edilməyib. İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi (BASARNAS) hadisənin araşdırıldığını və axtarış işlərinin sürətləndirildiyini bildirir. Hadisənin baş verdiyi bölgedə vəziyyət gərgindir.