Ezonn Xəbər

Həddən artıq siqaret çəkən kişi kənddən qovuldu

Həddən artıq siqaret çəkən kişi kənddən qovuldu
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Rusiyanın Moskva ətrafındakı Ramensk bələdiyyə dairəsində yaşayan bir qadın, qonşusunun həddən artıq siqaret çəkməsindən dolayı məhkəmə vasitəsilə evdən çıxarılmasına nail olub. Qadın, Özbəkistan vətəndaşı olan qonşusunun siqaret tüstüsünün onun sağlamlığına mənfi təsir etdiyini irəl sürərək, hüquqi addım atıb. Şikayətdə qadın, siqaret tüstüsünün səbəbi ilə III qrup əlilliyi olan səhhətinə ciddi zərər verdiyini, rinit diaqnozu qoyulduğunu və nəfəs almaq üçün oksigen balonu almağa məcbur olduğunu bildirib. O, qonşusuna qarşı dəfələrlə şikayət etsə də, nəticə əldə edə bilməyib, bu səbəbdən məhkəmə yollarına müraciət edib. Məhkəmədə qadın, 50 min rubl mənəvi təzminat və oksigen balonunun 694 rubl dəyərinin ödənilməsini tələb edib. Yoxlama zamanı, məlum olub ki, qonşusu qanunsuz olaraq həmin ünvanda yaşayır və başqa ünvanda qeydiyyatdadır. Məhkəmə onun çıxarılması ilə bağlı qərar qəbul edib. Qadının şikayət etdiyi siqaret tüstüsü problemi həll edilsə də, onun maddi tələbləri təmin edilməyib. Məhkəmə yalnız dövlət rüsumu, hüquqşünas, notarius və poçt xərcləri üçün ümumilikdə 15,3 min rubl ödənilməsini qərara alıb. Lakin mənəvi zərər və oksigen balonunun ödənilməsi ilə bağlı imtina edilib, çünki qadın ziyanın məbləğini və müvafiq baş vermiş hadisələr arasındakı əlaqəni sübut edə bilməyib.