Kosmosda tarixi hadisə: İki aparat Merkurinin orbitinə daxil oldu - FOTOLAR

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Günəş sisteminin daxili hissəsində səkkiz il davam edən uçuş nəticəsində tarixdə ilk dəfə eyni vaxtda iki kosmik aparat Merkuri ətrafındakı orbitə daxil olub. Bu hadisə mədəniyyət tarixində yeni bir səhifə açır və alimlərin Günəş sisteminin ən kiçik planetinin bir sıra sirlərini açmağa kömək edəcək.
"BepiColombo" missiyası çərçivəsində alimlərin uzun müddət gözlədiyi siqnal Yerə 100 milyon kilometrdən çox məsafədən göndərilib. Dəyəri 1,6 milyard avro olan bu missiya Avropa və Yaponiya tərəfindən hazırlanmış iki aparatdan ibarətdir: "Mercury Planetary Orbiter" və "Mercury Magnetospheric Orbiter".
Hal-hazırda, aparatları birləşdirən sistem mükəmməl vəziyyətdə olsa da, dekabrın 9-da onlar bir-birindən ayrılaraq Merkuri ətrafında ayrı orbitlərə çıxacaqlar. Zondlar yalnız 2027-ci il aprelin 6-dan başlayaraq planetin elmi tədqiqatına cəlb olunacaq.
Bu iki aparat fərqli müşahidə nöqtələrindən məlumat toplayaraq Merkurinin bir çox sirrini açmağa çalışacaq. Mütəxəssislərin diqqət mərkəzində, planetin daxili quruluşu, nüvəsinin niyə bu qədər böyük olduğu və Merkurinin maqnit sahəsi ilə Günəş küləyi arasındakı qarşılıqlı təsir durur.
"BepiColombo" missiyası, Merkuriyə çatmağı bacaran tarixdə üçüncü missiyadır. İndiyə qədər NASA-nın "Mariner-10" və "Messenger" kosmik aparatları da bu planet ətrafında tədqiqatlar aparmışdır. Lakin "BepiColombo" bu planetin eyni vaxtda iki kosmik aparat tərəfindən araşdırılmasını nəzərdə tutan ilk missiyadır.