"Yaraşıqlı qarğıdalı satıcısı"na bir neçə saniyədə 21 min manatlıq hədiyyə göndərildi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
TikTok-da tanınan 'Yaraşıqlı qarğıdalı satıcısı' ("Yakışıklı Mısırcı") ləqəbli Alper Temel, son dövrlərdə bahalı virtual hədiyyələrlə gündəmə gəlib. Pərəstişkarlarının onu görmək üçün xarici ölkələrdən Türkiyəyə gəldiyi bildirilib.
İddialara görə, canlı yayım zamanı bir izləyici Temelə 15 "Galaxy" və 30 "Şir" adlı virtual hədiyyə göndərib. Görüntülərdə istifadəçinin hədiyyələri ardıcıl olaraq yayımda göndərdiyi görünür.
Hədiyyələrin ümumi dəyəri isə 615 min Türkiyə lirəsinə, yəni təxminən 21 min manata yaxınlaşır. Bu hal, Temelin izləyiciləri arasında böyük bir marağa səbəb olub.
Sözügedən hadisə, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmaqla yanaşı, Temelin populyarlığının artmasına da təsir edib. O, gedən müzakirələrdən sonra daha çox izləyici cəlb etməyi bacarıb.