Belçika xalqı sabah küçələrə çıxacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Belçikada hökumətin qənaət rejiminin tətbiqi geniş etirazlarla qarşılanıb. Xalq, bu yeni siyasətə etiraz olaraq 23 noyabrdan başlayaraq küçələrə çıxacaq. Etirazlara sürücülər, təmizlik işçiləri və müxtəlif sahələrdə çalışan bir çox insanın qoşulacağı gözlənilir.
Bu etiraz aksiyalarının bir hissəsi hava limanlarının fəaliyyətini də əhatə edəcək. Belə ki, hava limanlarında çalışan işçilərin işə getməməsi, bu sahədə ciddi problemlərə yol açacaq. Aksiyaların hava limanlarında təsirinin geniş olacağı bildirilir.
Məlumatlara əsasən, hava limanlarının fəaliyyətinin dayanması nəticəsində 60 mindən çox insanın iş yeri və gəliri təhlükə altına girməklə yanaşı, bununla birlikdə, sərnişinlərin də səyahət planları pozulacaq.
Bu vəziyyət Belçika hökumətinə qarşı olan narazılığın artmasına səbəb olur. Xalq nümayəndələri, hökumətin bu cür qənaət rejimi ilə insanlar arasında yaratdığı çətinliklərin aradan qaldırılmasını tələb edir. Etiraz aksiyaları, həmçinin, yerli və beynəlxalq müstəvidə mövcud müzakirələrdə daha geniş bir müzakirə mövzusu olacak.