Daha bir tiktoker söyüşə görə HƏBS OLUNDU

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Sosial şəbəkələrdə ictimai davranış qaydalarını pozan bir daha bir şəxs həbs olunub. 43 yaşlı Murad Salmanov, TikTok platformasında canlı yayım zamanı nalayiq ifadələr səsləndirdiyi üçün polis tərəfindən saxlanılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, Salmanov, canlı yayım zamanı insanların mənəviyyatına ziyan vuran ifadələr işlətdiyinə görə məsuliyyətə cəlb edilib. Polis əməkdaşları onun bu cür davranışının cəmiyyətə açıqca hörmətsizlik etdiyini bildirib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən protokol tərtib olunan Salmanov, özünə yönəlik iradlarla yüzlərlə izləyisinin qarşısında nalayiq sözlər işlədərək ictimai mənəviyyatı təhqir edib. O, hadisə zamanı sərxoş olduğunu iddia edib.
Salmanov, əməlindən peşman olduğunu və yüngül cəza tələb etdiyini ifadə edib. Nəticədə, məhkəmə onun 8 gün müddətinə inzibati qaydada həbs edilməsi qərarını verib.