Falçılara Müraciət edən Ən Aktiv Ölkələr

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə insanların gələcək haqqında bilinməzliklər səbəbindən falçılara üz tutma meyli artmaqdadır. Gələcək, sevgi münasibətləri və maliyyə məsələləri ilə bağlı narahatlıqlar falçılara müraciət edənlərin sayını artırır. \n\nSon araşdırmalara əsasən, falçılara ən çox müraciət edilən ölkələr arasında Cənubi Afrika Respublikası və Hindistan ilk iki yerdədir. Araşdırma "Pew Research Center" tərəfindən 2024-cü ildə həyata keçirilib və 35 ölkəni əhatə edib. İştirakçılara falçılara, ulduz falına və digər proqnozlaşdırma metodlarına müraciət edib-etmədikləri soruşulmuşdur. \n\nGöstəricilərə görə, Cənubi Afrika Respublikası falçılara müraciət edənlərin 47%-lik nisbəti ilə birinci, Hindistan isə 45% ilə ikinci sıradadır. Tailand 29% ilə üçüncü yerdədir, bunu məs: Keniya (23%), Filippin (22%), Cənubi Koreya, Şri-Lanka, Nigeriya (hər biri 20%), Yaponya (19%) və Macarıstan (17%) izləyir. \n\nMaraqlıdır ki, ABŞ-da bu göstərici 9%, Türkiyədə isə 7% təşkil edir. Yunanıstanda falçılara müraciət nisbəti ən aşağıdır – 4%. Qeyd edək ki, İslam dinində falçılıq və qeybdən xəbər vermək qadağandır. Qurani-Kərimin “Maidə” surəsinin 90-cı ayəsində fal oxları şeytan əməli hesab olunur. Bu səbəbdən müminlərə bu cür əməllərdən uzaq durmaları tövsiyə edilir.