Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub - VİDEO

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, səfərdə olduğu Somalidə bu ölkənin Baş Qərargah rəisi, general-mayor İbrahim Mohamed Mohamudla görüşərək, Somali Türk Tapşırıq Qüvvələri Komandanlığında (Anadolu kazarması) olub.
Səfər çərçivəsində dəniz və hava qüvvələrinin komandanlıqlarında, eləcə də birgə əməliyyat mərkəzində görüşlər keçirilib. General Bayraktaroğlu, bu strukturların fəaliyyətini yerində qiymətləndirib.
Eyni zamanda, o, tikintisi davam edən Kosmik Baza Kompleksinə də baş çəkmiş və burada aparılan işlər barədə ətraflı məlumat alıb. Bu bazanın strateji əhəmiyyəti, Türk ordusunun beynəlxalq təlimatlarda daha güclü iştirakını təmin edəcək.
Bundan əlavə, Bayraktaroğlu, Somali Hərbi Dəniz Qüvvələrinin qərargahı və "Barbaros" Dəniz Tapşırıq Qüvvələrinin kompleksinin Koordinasiya Mərkəzində də fəaliyyətləri izləyib. O, gəmiqayırma müəssisəsinin təməlqoyma mərasimində iştirak edərək, yeni layihələrin təqdimatı ilə tanış olub.