Ezonn Xəbər

Fenomenlə evlənmək istədi: Döyülərək öldürüldü

Fenomenlə evlənmək istədi: Döyülərək öldürüldü
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Hindistanın Yeni Dehli şəhərindəki faciəvi hadisə, sosial şəbəkə fenomeni Neha Bisht ilə evlənmək istəyən bir şəxsin döyülərək öldürülməsi ilə nəticələnib. Abhinav adlı gənc, Neha Bishtin evinə icazəsiz daxil olduğundan sonra ailə üzvləri və qonşuları tərəfindən ağır xəsarətlər alıb. Hadisənin baş verdiyi yer, Dehlinin Madhu Vihar bölgəsidir. Neha Bisht, 600 mindən çox izləyicisi olan bir fenomen olaraq uzun müddət Abhinav tərəfindən izlənilib. Gənc qadının dekabr ayında başqa biri ilə evləncəyi xəbərini alan Abhinav, ona evlilik təklifi etmək məqsədiylə mübahisə yaranmasına səbəb olub. Noyabrın 7-də Abhinav, Nehanın evinə girdikdən sonra onların arasında gərginlik yaranıb. İddialara görə, Abhinav bu zaman ağır xəsarətlər alıb. Polis hadisə yerinə gəldikdə, onun kürəyində və ayağında ciddi yaraların olduğu aşkarlanıb. İlk tibbi yardım göstərildikdən sonra Abhinav, bir neçə tibb müəssisəsində müalicə aldıqdan sonra bir həftə sonra dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, Abhinav iki-üç ay əvvəl də fenomenin evinə icazəsiz daxil olub və özünü Nehanın qardaşının dostu kimi təqdim edib. Neha Bisht, bu şəxsin onu uzun müddət narahat etdiyini və ailəsini təhdid etdiyini bildirmişdir. Hadisədən sonra Neha Bishtin 64 yaşlı atası və evdə kirayəçi olan 34 yaşlı bir şəxs saxlanılıb. Hər ikisi istintaq təcridxanasına göndərilib. Hazırda polis, fenomenin qardaşının və qonşuların hadisədəki iştirakını araşdırır və ərazidəki müşahidə kameralarının görüntülərini təhlil edir. Neha Bisht, hadisədən əvvəl sosial şəbəkəsində nəşan və toy hazırlıqlarına dair paylaşımlar etməklə diqqət çəkirdi.