Azərbaycanda bu nəqliyyat vasitələrinə yeni qadağa təklif olunur

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı təhlükəsizliyin artırılması məqsədilə yeni normativ tələblər irəli sürülüb. Bu tələblərə əsasən, dəbilqədən istifadənin məcburi olması, eləcə də bu avtomobillərin dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması planlaşdırılır.
Bu barədə məlumat Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edilib. Ombudsman, elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinə dair müstəqil monitorinq apararaq, insanların, xüsusilə uşaqların həyatını risk altında qoya biləcək amilləri araşdırdığını bildirib.
Təhlil nəticəsində, kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı hüquqi tənzimləmələrin beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi təklif edilib. Eyni zamanda, uşaqların müdafiəsi məqsədilə valideynlərin məsuliyyətinin artırılması da zəruri hesab olunub.
Ombudsmanın təqdim etdiyi təkliflər, səlahiyyətli dövlət orqanları tərəfindən müsbət qarşılandığını və normayaratma fəaliyyətində nəzərə alınacağı bildirilib. Bu təşəbbüslərin məqsədi, ictimai təhlükəsizliyi artırmaqla yanaşı, gənc nəsilin sağlamlığını və reabilitasiyasını da təmin etməkdir.