Ezonn Xəbər

Yunanıstan İsraildən 1 milyardlıq silah alacaq

Yunanıstan İsraildən 1 milyardlıq silah alacaq
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Yunanıstan, İsrail ilə birlikdə ümumi dəyəri bir milyard avroya çata biləcək bir neçə yeni müdafiə sazişi üzərində danışıqlar aparır. Bu barədə “İsrail hərbi kanalı” məlumat yayıb. Danışıqlar çərçivəsində Şərqi Aralıq dənizi bölgəsində iki ölkə arasında hərbi-texniki tərəfdaşlığın gücləndirilməsi üçün irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdən keçirilir. Bu, hər iki ölkənin müdafiə potensialını artırmaq məqsədini güdür. Tərəflərin gündəliyində olan əsas məsələlərdən biri, Yunanıstanın İsrail istehsalı olan radioelektron mübarizə sistemlərini əldə etməkdir. Bu sistemlər, rəqib siqnallarını effektiv şəkildə boğmaq və öz rabitə vasitələrini kənar müdaxilələrdən qorumaq məqsədini daşıyır. Bundan əlavə, Yunanıstan Afina strateji hədəfləri dəqiq vurmaq üçün uzaqmənzilli LORA operativ-taktiki raket sistemlərini də almağı planlaşdırır. Bu raket sistemləri yüksək dəqiqliklə atış imkanı təqdim edir, bu da müasir döyüş meydanında əhəmiyyətli üstünlük yaradır.