Ezonn Xəbər

Məşhur şirkət min işçisini ixtisar edir

Məşhur şirkət min işçisini ixtisar edir
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Almaniyanın "Lufthansa Airlines" aviaşirkəti, Frankfurt və Münhen şəhərlərindəki mərkəzi aviasiya qovşaqlarında (hub) 1 000 tam ştatlı iş yerini ixtisar etməyi nəzərdə tutur. Şirkət, maliyyə itkiləri səbəbindən bu qərarı qəbul edib. "Lufthansa Airlines" şirkətinin rəhbəri Yens Ritter və digər dörd yüksək vəzifəli menecerin imzaladığı məktubda bildirilmişdir ki, 2026-cı ilin ilk doqquz ayında aviaşirkətin düzəliş edilmiş əməliyyat zərəri 180 milyon avro səviyyəsində olub. Bu zərər ayda orta hesabla 20 milyon avro deməkdir. Rəhbərlik, 2026-cı ilin üçüncü rübündə maliyyə nəticələrinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə daha pis olduğunu açıqlamışdır. Qrupun əsas brendi son üç ildə maliyyə baxımından uğursuz fəaliyyət göstərdiyi vurğulanıb. Məktubda "Lufthansa Airlines"ın xərclərini, səmərəliliyini və məhsuldarlığını itirdiyi qeyd edilib. Bu da, şirkətin bazar mühitindəki rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə aşağı salıb.