BDU-da dərs deyən Məsumə Məlikovanın 97 yaşı tamam oldu

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Məsumə Məlikovanın 97 yaşı tamam olur. M Məlikova 58 ildir ki, universitetdə fəaliyyət göstərir.
Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək, elə həmin il Dövlət hüququ kafedrasında müəllim kimi çalışmağa başlamışdır. 1974-cü ildən etibarən professor elmi adını daşıyan M. Məlikova, 1989-cu ildən isə AMEA-nın müxbir üzvüdür.
Alimin peşəkar fəaliyyəti bir çox mükafatlarla qiymətləndirilmişdir. O, "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" fəxri adı, "Şərəf nişanı" və "Şöhrət" ordenləri, həmçinin Prezidentin fəxri diplomu ilə təltif olunmuşdur. Bundan əlavə, M. Məlikova Heydər Əliyevin 100 illiyi yubiley medalı və BDU-nun 100 illiyi yubiley medalı ilə də mükafatlandırılmışdır.
Məsumə Məlikova, hüquqi elmlərin inkişafına verdiyi töhfələr və uzunmüddətli fəaliyyətinə görə alim, tələbə və həmkarları tərəfindən müsbət dəyərləndirilir. Onun fəaliyyəti bir çox gənc hüquqşünasların yetişməsinə əhəmiyyətli təsir göstərmişdir.