Ezonn Xəbər

Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib

Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Ezonn TV «Naxçıvan TV» mənbəsinə istinadən xəbər verir. Noyabrın 22-də Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. Qəbul zamanı dövlət başçısı, Markveyn Mullinin bu il yanvar ayında ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü olaraq Oklahomadan ölkəmizə səfərini məmnunluqla xatırladı və yeni vəzifəsi ilə bağlı onu təbrik etdi. İlham Əliyev 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. O, ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin gələcək səfərinin və “Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının iki ölkə arasındakı münasibətlərin genişlənməsinə mühüm töhfə verəcəyini qeyd etdi. Dövlətimizin başçısı, Prezident Donald Trampın ikitərəfli münasibətlərin inkişafındakı rolunu yüksək qiymətləndirərək, ABŞ ilə əlaqələri möhkəmləndirməkdə maraqlı olduqlarını bildirdi. Eyni zamanda, 2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitini xatırlayaraq, regionda sülh şəraitinin yaranmasının əhəmiyyətini vurğuladı. Markveyn Mullin, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsi ilə bağlı əldə olunmuş nailiyyətləri Prezidentə təbrik edərək, bu prosesdə Prezident Trampın roluna da toxundu. O, TRIPP layihəsinin əhəmiyyətini qeyd edərək, dəhlizin tam işlək vəziyyətə gəlməsinin bölgələr arasında iqtisadi əlaqələri inkişaf etdirəcəyini vurğuladı. Görüş zamanı həmçinin, Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri müzakirə olundu. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını artıracağı bildirildi.