Ezonn Xəbər

İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib

İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev görüşdə Mullinin bir müddət əvvəl Oklahomadan senator kimi ölkəmizə etdiyi səfəri xatırlayaraq, onu yeni vəzifəsi ilə təbrik edib. Dövlət başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün xüsusi önəm daşıdığını qeyd edib. O, bu kontekstdə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfərini və "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını vurğulayıb. Dövlətimizin başçısı Prezident Donald Trampın iki ölkə arasındakı əlaqələrin inkişafında oynadığı rolu yüksək qiymətləndirib. O, həmçinin, son dövrlərdə yaranmış yeni sülh şəraitinin və regionda sülhün təmin edilməsindəki əhəmiyyətini diqqətə çatdırıb. Markveyn Mullin müzakirədə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunan irəliləyişləri təbrik edərək, Prezident Trampın rolunu qeyd edib. O, TRIPP layihəsinin əhəmiyyətinə də toxunaraq, bu dəhlizin fəaliyyəti ilə bağlı iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib. Görüş zamanı Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını artırmaq üçün yaxşı fürsət olduğu vurğulanıb.