İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başladı

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Azərbaycana rəsmi səfəri başlayıb. İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən verilən məlumata görə, A.Tayaninin iki günlük səfəri çərçivəsində bir sıra mühüm görüşlər planlaşdırılıb.
Səfərin gündəliyində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşlər yer alır. Bu görüşlərdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, Cənubi Qafqazda sülh və iqtisadi inkişaf perspektivlərinin müzakirə edilməsi, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı məsələlər gündəmə gələcək.
Bundan əlavə, A.Tayaninin səfəri, iqtisadi diplomatiyaya xüsusi diqqət yetiriləcək. O, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə ikitərəfli görüş keçirəcək. Hər iki nazir Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edəcək. Bu forumda İtaliya və Azərbaycandan 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndələrinin iştirak etməsi gözlənilir.
Forumun əsas məqsədi İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrində iştirakını genişləndirməkdir. İtaliyanın xarici işlər nazirinin bildirdiyinə görə, enerji əməkdaşlığı iki ölkə arasındakı münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan, İtaliyanın ikinci ən böyük neft və üçüncü ən böyük təbii qaz təchizatçısıdır.
Ayrıca, qabaqcıl sənaye, rəqəmsal texnologiyalar, bərpa olunan enerji və kritik xammal sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunacaq. Kritik xammal sahəsində üçüncü ölkələrdə əməkdaşlığa dair niyyət bəyannaməsinin imzalanması planlaşdırılır. A.Tayaninin səfəri, İtaliyanın Baş naziri Corcia Meloninin 2022-ci ilin mayında, Prezident Serco Mattarellanın isə 2025-ci ilin oktyabrında Azərbaycana səfərlərindən sonra baş tutur.