İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda əmək Məcəlləsinə daxil ediləcək yeniliklər çərçivəsində, işçilərə saathesabı maaş tətbiq ediləcək. Yeni sistemin muzdla işləyənlər üçün minimum saatlıq əməkhaqqısının tətbiqini nəzərdə tutması bildirilib. Bu, minimum aylıq əməkhaqqı əsasında hesablanaraq, saatlıq tarifdən daha yüksək olacaq.
Nazirlər Kabineti, sistemin tətbiq olunacağı fəaliyyət sahələrini müəyyən edəcək. İlk mərhələdə, yeni sistemin kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə edəcəyi gözlənilir.
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov yeni sistemdə ciddi dəyişikliklərin olmayacağını vurğulayıb. O, bildirib ki, aqrar sektorda çoxsaylı işçinin əmək müqaviləsi olmadan çalışdığını qeyd edir. “İlk növbədə, onları formal əmək bazarına cəlb etmək lazımdır. Yalnız bundan sonra tariflərin, saatlıq və gündəlik ödəniş sisteminin tətbiqi məsələlərini müzakirə etmək olar,” - deyə Məmmədov əlavə edib.
O, minimum əməkhaqqı sisteminin işçilərə bir, iki və ya üç saat işlədikləri vaxta uyğun minimal ödəniş almaq imkanı yaradacağını da bildirib. Məsələn, kommersiya qurumları bir və ya iki saat işləyən işçiyə, minimum saatlıq əməkhaqqından iki, üç, dörd, hətta beş dəfə çox ödəniş edə bilərlər. Bu sistem ən azı üç manatlıq minimum ödəniş tələb etməklə işçilərin maraqlarını qoruyacaq.