Alyona Əliyeva sərgidə iştirak etdi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 22-də Müasir İncəsənət Muzeyində tanınmış rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılış mərasimi ilə baş tutub. Sərginin açılışında Alyona Əliyeva da iştirak edərək, rəssamın əsərləri ilə tanış olub.
"İki dünya arasında" sərgisi insan təcrübəsini, daxili transformasiyanı və müxtəlif təzahür hallarını araşdırır. Sərgi iki fərqli mərhələni əks etdirir; birincisi, insanın məsumluq, yüngüllük və spontanlıq içində yaşadığı dövrü və ikincisi isə maariflənmə, yaşanmış təcrübələr və daha dərindən anlama istəyi ilə formalaşan həyatı əhatə edir.
Birinci mərhələdə duyğuların saf olduğu, reallığın təxəyyül prizmasından qavrandığı bir dövr təsvir olunur. İkinci mərhələdə isə insan daxili ziddiyyətləri və zahiri görünüşlə həqiqət arasındakı məsafəni dərk edir.
Nigar Ağabəyli, ekspressiv obrazlar, qadın portretləri və simvolik personajlar vasitəsilə iki dünya arasındakı sərhədi dərindən araşdırır. Onun əsərləri, maskalar, jestlər və emosional vəziyyətlər vasitəsilə insanın öz kimliyini və daxili mənliyini ifadə edir.