Ezonn Xəbər

Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında

Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Noyabrın 22-də Müasir İncəsənət Muzeyində Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb. Sərginin açılışında tanınmış sima Alyona Əliyeva da iştirak edərək, rəssamın əsərləri ilə tanış olub. "İki dünya arasında" sərgisi insan təcrübəsinin, daxili transformasiyanın və müxtəlif təzahür hallarının bədii araşdırmasıdır. Rəssam, bu sərgi ilə həyatın iki mərhələsini və dünyanı qavramağın fərqli formalarını əks etdirir. Birinci mərhələdə məsumluq, yüngüllük və duyğuların sərbəst olduğu bir dövr təsvir olunur. İkinci mərhələdə isə maariflənmə və düşüncə ilə formalaşan bir dünya önə çıxır. Nigar Ağabəyli, ekspressiv obrazlar, qadın portretləri və simvolik personajlar vasitəsilə bu iki dünya arasındakı incə sərhədin araşdırılmasına yönəlib. O, maskalar, baxışlar və ziddiyyətli emosional vəziyyətləri istifadə edərək, insanın daxili mənliyini vizual metaforalara çevirir. Bu iki dünya, insanın böyüməsi, oyanması və illüziyaları itirməsi barədə düşüncələri ifadə edir. Sərgi noyabrın 24-dən 26-dək Müasir İncəsənət Muzeyində ziyarətçilərə təqdim olunacaq. Nigar Ağabəyli müasir təsviri sənətdə insan emosiyaları və daxili təcrübələrin mürəkkəbliyini araşdıran bir rəssam kimi tanınır.