Ezonn Xəbər

Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir

Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Fransa Prezidenti Emmanuel Makron, 2027-ci ilin mayında sona yetəcək prezidentlik müddətindən əvvəl büdcə kəsirinin məhdudlaşdırılmasını nəzərdə tutan "qızıl qayda"nın ölkə Konstitusiyasında qeyd olunmasını planlaşdırır. Bu barədə "La Tribune Dimanche" qəzeti xəbər verib. Məlumata görə, konstitusiya dəyişikliklərinin əsasını 2011-ci ildən, o zaman Baş nazir olan Fransua Fiyonun hökuməti tərəfindən hazırlanan islahat layihəsi təşkil edə bilər. Həmin layihə parlamentin hər iki palatası tərəfindən təsdiqlənmiş olmasına baxmayaraq, o, tətbiq edilməmişdir. O dövrün Prezidenti Nikola Sarkozi, məsələnin referenduma çıxarılmasından imtina edib. Makron, konstitusiya islahatını parlamentin Milli Assambleya və Senatının birgə iclasında qəbul etdirmək niyyətindədir. Bu iclasın 2027-ci ilin yanvarında baş tutması gözlənilir. Dəyişikliklərin qəbul olunması üçün səsvermədə iştirak edənlərin beşdə üçü dəstəkləməlidir. Nəşrin qiymətləndirmələrinə görə, mərkəzçi və sağ siyasi qüvvələrin, o cümlədən müxalifətdəki "Milli Birlik" partiyasının dəstəyi ilə lazım olan səs çoxluğuna nail olmaq mümkündür. Lakin Marin Le Pen, "qızıl qayda"nın tətbiqi ilə bağlı 2011-ci il layihəsinin öz partiyasının təklifləri ilə müqayisədə kifayət qədər işlənməmiş olduğunu qeyd edib. Bundan əlavə, təsdiq edilmiş sənədə ediləcək hər hansı dəyişiklik, onun parlamentin hər iki palatasında yenidən müzakirəsini tələb edəcək, bu isə təşəbbüsün reallaşdırılmasını çətinləşdirə bilər. Yelisey sarayı ise bu konstitusiya islahatının hazırlanması mövzusunda hələ bir açıqlama verməyib.