Ezonn Xəbər

Alyona Əliyeva sərgidə - FOTOLAR

Alyona Əliyeva sərgidə - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 22-də Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açıldı. Sərginin açılışında tanınmış şəxsiyyət Alyona Əliyeva iştirak edərək rəssamın əsərləri ilə tanış oldu. “İki dünya arasında” adlı sərgi, insan təcrübəsi, daxili transformasiya və fərqli təzahür hallarını araşdıran bədii bir platformadır. Sərgidə iştirak edən əsərlər, həyatın iki mərhələsini və dünyanı qavramağın fərqli yollarını əks etdirir. Birinci mərhələdə məsumluq, yüngüllük və illüziyalar dünyası, ikincidə isə maariflənmiş, yaşanmış təcrübələrlə dolu bir qənaət formalaşır. Rəssam Nigar Ağabəyli, ekspressiv obrazlar və qadın portretləri ilə bu iki dünya arasındakı incə sərhədin mövcudluğunu vurğulayır. Onun əsərlərində maskalar, baxışlar və ziddiyyətli emosional vəziyyətlər, insanın öz daxili mənliyini ortaya qoyacaq vizual metaforalar kimi təqdim edilir. Ağabəylinin üslubu, həyatda yaşanan illüziyaları itirmək və insanın yeni qatlarını kəşf etmək haqqında düşüncəyi ön plana çəkir. Sərgi noyabrın 24-dən 26-dək Müasir İncəsənət Muzeyində nümayiş olunacaq. Nigar Ağabəyli müasir təsviri sənət sahəsində insan emosiyalarını və daxili təcrübələrin mürəkkəbliyini araşdıran müasir bir rəssamdır. Onun işi, görünənlə gizli arasında bədii dialoq yaradır.