Ezonn Xəbər

Liviya sahillərində Rusiya hərbi gəmisi və ticarət gəmisinə hücum

Liviya sahillərində Rusiya hərbi gəmisi və ticarət gəmisinə hücum
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Liviyanın Benqazi şəhərindəki hərbi-dəniz bazasında Rusiyaya məxsus “Merkury” korvetinə pilotsuz aparatla hücum edilib. Hadisə nəticəsində korvet partlayışa məruz qalıb, 10 nəfər yüngül xəsarət alıb. Rusiya və Liviya vətəndaşlarının zərər gördüyü bildirilir. Hökumətin ilkin araşdırmalarına əsasən, hücum zamanı gəmi pilotsuz katerlərin hədəfi olub. Hücumun ardından çəkilmiş peyk görüntüləri göstərir ki, korvetin əhəmiyyətli bir hissəsi suya qərq olub. Bundan əlavə, hücumlar zamanı Benqazi sahillərində Malta bayrağı altında üzən ticarət gəmisi də zərər görüb. Liviya Hərbi Dəniz Qüvvələri gəminin heyətini xilas etməyə müvəffəq olub. Hadisə günü axşam saatlarında Liviya hava və dəniz qüvvələri 20-dən çox pilotsuz kateri ələ keçirib və ya etkisiz hala gətirib. Liviyanın şərqindəki hökumət bu hücumları ölkənin suverenliyinin pozulması və dəniz təhlükəsizliyinə bir təhdid kimi qiymətləndirib. Hadisə ilə bağlı Rusiya ilə birgə araşdırmalara başlanılıb. İndiki vaxtda hücumların məsuliyyətini üzərinə götürən hər hansı bir tərəf yoxdur.