Ezonn Xəbər

Bakıda qarajlar rekord həddə BAHALAŞDI

Bakıda qarajlar rekord həddə BAHALAŞDI
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Bakıda əvvəllər avtomobil saxlamaq üçün inşa edilən qarajlar indi daşınmaz əmlak bazarında əhəmiyyətli dərəcədə yüksək qiymətlərə təklif olunur. Baku.ws portalının məlumatına görə, bu obyektlərin bir hissəsi artıq avtoyuma, təmir sexi və anbar kimi funksiyalara yönəldilib. Satış elanlarının araşdırılması nəticəsində sovet dövründən qalma qarajların qiymətləri arasında əhəmiyyətli fərqlər aşkarlanıb. Bu fərqlərin əsas səbəbi isə obyektlərin yerləşdiyi ərazilərdir. Məsələn, Nərimanov rayonunda "Nərimanov" metro stansiyasının yaxınlığında 27 kvadratmetrlik qaraj 50 min manata satılır, eyni rayonda 14.1 kvadratmetr olan başqa bir qarajın qiyməti isə 55 300 manatdır. Yasamal rayonunda bəzi qarajlar 80 min manata qədər qiymətə satılır. Burada, hətta yalnız avtomobil saxlamaq məqsədilə nəzərdə tutulan qarajların ən aşağı qiymətləri 25-30 min manat arasında dəyişir. Paytaxtın digər rayonlarına, məsələn, Binəqədi və Suraxanıya nəzər yetirdikdə, qaraj qiymətləri 10-20 min manat aralığında olur. Bununla yanaşı, Binəqədidə avtoyuma məntəqəsinə çevrilmiş qarajın qiyməti 25-30 min manat civarındadır. Bu gün avtomobil saxlamaq məqsədilə inşa edilmiş sadə metal və beton qarajlar, yerləşdiyi yerə bağlı olaraq on minlərlə manat dəyərində əmlaka çevrilmişdir. Bəzi əmlak mütəxəssisləri isə bu cür qarajları gəlir əldə etmək üçün əlverişli yatırım vasitələri hesab edirlər.