Ezonn Xəbər

Lökbatan qəsəbəsində ağır yol qəzası baş verib

Lökbatan qəsəbəsində ağır yol qəzası baş verib
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata görə, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Hadisə nəticəsində bir neçə vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qaldığı bildirilir. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal cəlb edilib. Xilasedicilər yerdəki əməliyyat şəraitini qiymətləndirərək, "VOYAH" markalı minik avtomobili və yük avtomobili arasında qəzanın baş verdiyini müəyyən ediblər. Təhlükəsizlik qüvvələrinin apardığı xilasetmə əməliyyatı zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan iki nəfərin, sürücü Kərimov Anar Alik oğlunun və sərnişin Süleymanova Ada Ceyhun qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisənin baş vermə səbəbləri və digər detallarla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Bu kimi ağır hadisələrin qarşısını almaq məqsədilə sürücülərin diqqətli olması tövsiyə edilir.