Həmin qəzada ölən aparıcı sərnişin olub — Foto

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində bir yol-nəqliyyat qəzası baş verib. Hadisə nəticəsində bir neçə vətəndaş avtomobilin içində sıxılı vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən verilən məlumata əsasən, hadisə zamanı “VOYAH” markalı minik və yük avtomobilləri iştirak edib.
Qəzanın baş verdiyi anlarda, xilasedicilər dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər, xüsusi vasitələrdən istifadə edərək deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü, Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitlərini çıxarmaq üçün çalışıblar. Hər iki şəxsin cəsədi hadisə yerindən aidiyyəti üzrə təhvil verilib.
Bildirilib ki, araşdırma müvafiq qurumlar tərəfindən aparılır. Qəza nəticəsində həyatını itirən Ada Süleymanova ARB TV-nin keçmiş aparıcısıdır. O, dostları ilə birlikdə doğum gününü qeyd etdikdən bir neçə saat sonra bu dəhşətli hadisəyə uğrayıb.