Ezonn Xəbər

AIIB Bakı Metropoliteninin maliyyələşdirilməsini 1 milyard dollara çatdıracaq

AIIB Bakı Metropoliteninin maliyyələşdirilməsini 1 milyard dollara çatdıracaq
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) "Bakı Metropoliteni" QSC-nin "Yaşıl" xəttinin genişləndirilməsi layihəsi üçün 820 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını müzakirə edir. Bu maliyyə dəstəyi, layihənin həyata keçirilməsi ilə Bakı metrosunun infrastrukturunun genişləndirilməsi məqsədini güdür. Layihənin, "Baku Metro Expansion Project – Phase II" adı altında, 8 kilometr uzunluğunda ikiyollu tunellərin inşası və dörd yeni yeraltı stansiyanın tikintisini əhatə etdiyi bildirilir. AIIB-nin açıqlamasına görə, layihə hazırda bankın Direktorlar Şurasında təsdiqlənmək üçün tələb olunan prosedurlardan keçir. Layihənin üç əsas komponenti mövcuddur: mülki infrastrukturun inkişafı, müasir siqnallaşdırma sistemlərinin tətbiqi və layihəyə texniki yardım xidmətlərinin göstərilməsi. Bu komponentlər çərçivəsində tunellərin inşası, qatarların hərəkətini idarə edən siqnallaşdırma sistemlərinin quraşdırılması və ekoloji məsələlər üzrə məsləhət xidmətləri yer alır. Eyni zamanda, layihənin həyata keçirilməsi Bakı şəhərinin post-sənaye rayonlarının regenerasiyasını stimullaşdırmaq və şəhərin iqlim hədəflərinə uyğun hərəkət etməsini dəstəkləmək məqsədini güdür. AIIB-in Direktorlar Şurasının fevral ayında verdiyi qərarla "Bakı Metropoliteni" layihəsinin birinci fazası üçün 180 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Bununla da, Bakı metrosunun inkişaf layihəsinin bank tərəfindən maliyyələşdirilməsinin ümumi həcmi 1 milyard ABŞ dollarına çatacaq.