Ezonn Xəbər

Azərbaycanın əsas qaz bazarında qiyməti kəskin bahalaşıb, qıtlıq təhlükəsi artır

Azərbaycanın əsas qaz bazarında qiyməti kəskin bahalaşıb, qıtlıq təhlükəsi artır
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Avropada hava şəraitinin kəskin soyuması ilə bağlı proqnozlar, təbii qazın qiymətinin sürətlə yüksəlməsinə səbəb olub. Regiondakı qaz ehtiyatlarının mövsümi orta göstəricilərdən aşağı olması və qışda tələbatın artacağı gözləntiləri bazarda narahatlığı artırıb. Noyabrın 23-də Niderlandın TTF habında qaz fyuçerslərinin qiyməti gün ərzində 8,6% artaraq meqavat-saat üçün 96,075 avroya (105,54 dollar) yüksəlib. Bu, son bir həftə ərzində qeydə alınan ən böyük gündaxili artımdır. Həmçinin, TTF qazının 1 000 kubmetri üçün qiymət noyabrın 23-də 1 056,77 dollar olub, bu da noyabrın 18-dən etibarən 15% artımı göstərir. Qiymət artımının arxasında duran əsas səbəb, Avropada hava proqnozlarının dəyişməsidir. Əvvəlki proqnozlarda soyuq hava şəraitinin qısamüddətli olacağı gözlənilirdi. Lakin, son meteoroloji modellər, dekabrın əvvəlinədək soyuq hava şəraitinin davam edə biləcəyini göstərir. Atmospheric G2-nin məlumatına görə, Şimal-Qərbi Avropada temperaturun son 30 ilin orta göstəricisindən 3–5°C aşağı olacağı ehtimal edilir. MetDesk-in proqnozlarına əsasən isə, Almaniya, Danimarka və Niderlandda küləyin zəifləməsi, elektrik istehsalında təbii qaz tələbatını artıracaq. Bundan əlavə, Avropanın qaz anbarlarında ehtiyatların aşağı səviyyədə qalması, bazarda daha da narahatlıq yaratmaqdadır. Eyni zamanda, Yaxın Şərqdəki davam edən hərbi qarşıdurmalar, qlobal enerji təchizatına mənfi təsir göstərir. Asiyada isə havaların soyuması, qlobal LNG bazarında rəqabəti artırır.