Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
2027-ci il üçün Həcc ziyarətinə getmək istəyənlərin kvotası artıq 40 faizdən çoxunu tamamlayıb. Bu məlumat Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangir tərəfindən Bizim.Media-nın sorğusuna cavab olaraq verilib.
Cahangirin sözlərinə görə, bu il Həcc ziyarəti üçün sənəd qəbulu ötən ildəkindən daha tez başlayıb. İlkin məlumatlara əsasən, Qafqaz Müsəlmanları İdarəsi bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları olaraq müəyyənləşdirib. Bununla yanaşı, qiymətlərin artma ehtimalı da mövcuddur. Dünya miqyasında baş verən hadisələr, həmçinin krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinə edilən dəyişikliklər qiymət artımına səbəb ola bilər.
Həcc ziyarətinin həyata keçirilməsi hava nəqliyyatı ilə planlaşdırılır. Ziyarətə getmək üçün tələb olunan sənədlər arasında ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, ağ fonda çəkilmiş 5 sm x 5 sm ölçüsündə iki ədəd fotoşəkil (qadınlar üçün tünd hicabda) və sağlamlıq haqqında arayış yer alır.
Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasında sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a qədər aparılır. Ziyarət etmək istəyənlərin vaxtında sənədlərini təqdim etmələri tövsiyə olunur.