Ezonn Xəbər

Ceyhun Quliyev həbs olundu — Dələduzluq ittihamı ilə

Ceyhun Quliyev həbs olundu — Dələduzluq ittihamı ilə
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. “Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs olunub. Məlumata əsasən, o, 1 milyon manatdan çox dələduzluqda ittiham edilir. Quliyev, vətəndaşların çoxsaylı şikayətləri əsasında polis tərəfindən saxlanılıb. İttihamlar "Vesta Construction" MTK-nın bir mənzili bir neçə şəxsə satması üzrə cəmləşib. Bu yolla aldatılan vətəndaşların sayı isə xeyli çoxdur. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, yəni xüsusi dərəcədə külli miqdarda dələduzluq maddəsi ilə yekun ittiham təqdim edilib. Hazırda iş üzrə 7 nəfər zərərçəkmiş şəxs olduğu bildirilir. Bundan əlavə, “Vesta Construction” şirkəti ilə bağlı həmçinin mediaya şikayətlər daxil olmuşdur.