Milyonluq dələduzluq - Bu MTK-nın sahibi həbs edildi

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda fəaliyyət göstərən “Vesta Construction” mənzil tikinti şirkətinin sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib. O, 1 milyon manatdan çox dələduzluq əməllərində ittiham olunur.
Məlumatlara görə, Ceyhun Quliyev polis əməkdaşları tərəfindən bir neçə vətəndaşın şikayəti əsasında saxlanılıb. Şirkət rəhbəri eyni mənzilin bir neçə fərqli şəxsə satışı ilə bağlı ciddi ittihamlarla üzləşir. Bu cür fırıldaqçılıq əməliyyatları nəticəsində bir çox vətəndaşın zərər çəkdiyi bildirilib.
İttihamlar Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə irəliləyir, yəni külli miqdarda dələduzluq edilməsi ilə bağlıdır. İş üzrə indiyə qədər 7 nəfərin zərərçəkmiş olduğu məlumdur.
Eyni zamanda, bu hadisə ilə bağlı Ezonn xəbər portalına da şikayətlər daxil olub. Belə görünür ki, tikinti sektorundakı müşahidələr vətəndaşların hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olub.