Ezonn Xəbər

Ermənistan yeni Konstitusiyasının layihəsi dərc edilib, Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Ermənistan yeni Konstitusiyasının layihəsi dərc edilib, Müstəqillik Bəyannaməsinə istinad yoxdur
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Ermənistan yeni Konstitusiyasının layihəsi yayılıb. Bu barədə Baş nazir Nikol Paşinyan məlumat verib. Layihənin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilməməsi diqqət çəkib. Baş nazir, hökumət iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edib. Paşinyan, referendumda layihənin rədd edilməsi halında istefa verəcəyini, qəbul olunması halında isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını vurğulayıb. Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarından bəhs edilir. Bu sənəddə, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi də qeyd olunub. Bununla yanaşı, Azərbaycan, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada müvafiq dəyişikliklərin edilməsini tələb edir.