Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikintisi 2027-ci ilin ortasında yekunlaşacağı bildirilir. Bu barədə məlumatı Azərbaycan-İtaliya biznes forumunda Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov verib.
Valeh Ələsgərov qeyd edib ki, yerli yükdaşıma şirkəti "Silk Way Airlines" ilə hava limanı və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması ilə bağlı razılıq əldə olunub. Onun sözlərinə görə, layihə üçün iqtisadi zonanın səlahiyyətli qurumu tərəfindən 750 hektar ərazi ayrılıb.
Yeni hava limanının ilkin mərhələdə yükdaşıma qabiliyyəti illik 500 min ton olacaq. Daha sonra bu göstəricinin 2 milyon tona çatdırılması planlaşdırılır. Valeh Ələsgərov, həmçinin bildirib ki, hava limanı gələn il beynəlxalq daşımalar üçün fəaliyyətə başlayacaq.
Hava limanının infrastrukturu ilə bağlı işlərin birinci mərhələsi çərçivəsində 60 hektar ərazidə işlərin 2023-cü ilin iyun ayında tamamlandığını bildirib. Bu tarixdən sonra Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi məqsədilə fəaliyyətə başlanacaq.