Ezonn Xəbər

Paşinyan Köçəryan və Serj Sarqsyanı Ermənistanı talamaqda ittiham edib

Paşinyan Köçəryan və Serj Sarqsyanı Ermənistanı talamaqda ittiham edib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ermənistanın Baş naziri Nikol Paşinyan, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanı "Böyük Ermənistan" konsepsiyası ilə pərdələnərək ölkəni talamaqda ittiham edib. Bu açıqlamanı Paşinyan xalqa müraciətində səsləndirib. Paşinyan, Dördüncü respublikanın üçündən əsas fərqinin münaqişənin olmaması olduğunu vurğulayıb. O, bildirib ki, "Üçüncü Ermənistan Respublikası münaqişə naminə yaradılmışdı", əlavə edərək vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin prioritet olmadığını ifadə edib. Baş nazir, münaqişənin Ermənistanı yarıda qoyduğunu, neticədə isə mühacirətə səbəb olduğunu qeyd edib. O, münaqişə mədəniyyətinin ölkədəki siyasi elitaya imkan verdiyini, bu kontekstdə "general manvelləri, dodi qaqoları və başqalarının" varlığını önə çəkib. Bu şəxsiyyətlərin "Böyük Ermənistan" haqqında pafoslu çıxışlar etdiyini bildirib. Nikol Paşinyan, Ermənistanın müstəqilliyini 1991-ci il sentyabrın 21-də elan etdiyini, amma sentyabrın 22-dən etibarən müstəqillikdən imtina etməyə başladığını bildirərək, sülhün təmin edilməsini xarici siyasətin prioriteti kimi irəlilədib. Konstitusiya layihəsinin 8-ci maddəsinə istinad edərək, bu müddəanın tarixi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Paşinyan, hazırda Cənubi Qafqazda "üçbaşlı müharibə partiyası"nın sülh prosesinə mane olmağa çalışdığını vurğulayıb.