Aİ-nin sağçı qüvvələri Ursula fon der Lyayeni vəzifədən uzaqlaşdırmaq niyyətindədir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Avropanın ifrat sağçı siyasi qüvvələri, 2029-cu ildə keçirilməsi planlaşdırılan Avropa Parlamenti seçkilərindən sonra Brüsseldə siyasi güc balansını dəyişməyi hədəfləyir. Bu barədə “Politico”nun xəbərində qeyd olunub ki, sağçı partiyalar, Avropa İtifaqı daxilində təsir imkanlarını artırmaq məqsədilə hərəkətə keçməyə hazırdırlar.
Məqalədə deyilir ki, "Patriotlar Avropa üçün" qrupunun həmsədri Kinga Qal, ifrat sağçı siyasi qüvvələrin bir sıra ölkələrdə hakimiyyətə gələrək, Avropa İttifaqının siyasətinə təsir etməyə çalışacağını bildirib. O, əsas hədəflərindən birinin üzv partiyaların öz ölkələrində seçkilərdə qələbə qazanması olduğunu vurğulayıb.
Qal, Fransa, İtaliya və Polşada keçiriləcək seçkilərin Avropa İttifaqı içində siyasi mənzərəni ciddi şəkildə dəyişə biləcəyini qeyd etdi. "Patriotlar Avropa üçün", "Avropa Mühafizəkarları və İslahatçıları" və "Suveren Millətlər Avropası" qrupları arasında əməkdaşlığın artırılmasının vacibliyini də vurğulayıb.
O, Avropa Xalq Partiyasının (EPP) ifrat sağçılarla əməkdaşlığa dair rəsmi məhdudiyyətləri aradan qaldırmağı düşünə biləcəyini irəlilədib. Buna paralel olaraq, Qal Avropa Komissiyasının səlahiyyətlərini məhdudlaşdırmağı və daha çox qərarvermə hüququnun üzv dövlətlərə qaytarılmasını hədəf olaraq göstərib. Əgər "Patriotlar Avropa üçün" qrupunun Avropa İttifaqı Şurasındakı təsir imkanları artarsa, Ursula fon der Lyayeni vəzifədən uzaqlaşdırmaq cəhdlərinin baş verə biləcəyini də diqqətə çatdırıb.
Kinga Qal qeyd edib ki, bu cür cəhdlər artıq Avropa Parlamentində iki dəfə uğursuzluqla nəticələnib.