Ezonn Xəbər

Azərbaycanda tədqiqat xərcləri 300 mln manatı keçib

Azərbaycanda tədqiqat xərcləri 300 mln manatı keçib
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda tədqiqat və işləmələrə çəkilən ümumi xərclər 2025-ci ildə 301 milyon 400 min manata çatması gözlənilir. 2024-cü ildə bu göstərici 264 milyon 200 min manat olub. Bu, tədqiqat xərclərinin bir il ərzində 37 milyon 100 min manat, yəni 14,1% artdığını göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2020-ci ildə Azərbaycanda tədqiqat və işləmələrə 168 milyon 900 min manat xərclənib. Son beş il ərzində bu göstəricinin 78,4% artması, ölkənin elm və innovasiyalara yönələn diqqətini artırdığını vurğulayır. Eyni zamanda, dövlət büdcəsindən elmi fəaliyyətlərə ayrılan xərclərin də artacağı proqnozlaşdırılır. 2025-ci ildə bu göstərici 2 milyon 200 min manat, yəni 1,1% artaraq 199 milyon 400 min manata çatacaq. Ancaq bu xərclərin ümumi daxili məhsula nisbəti 0,16 faizdən 0,15 faizə enəcək. Beləliklə, tədqiqat və elmə ayrılan resursların artırılması, Azərbaycanın elmi inkişafına və innovasiyaların təşviqinə müsbət təsir göstərə bilər.