Ezonn Xəbər

Məkkədə ev almaq istəyənlərə yeni imkan yaradıldı

Məkkədə ev almaq istəyənlərə yeni imkan yaradıldı
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Səudiyyə Ərəbistanı, əcnəbi vətəndaşların daşınmaz əmlak sahibi olmasına imkan yaradacaq yeni qaydalar tətbiq edir. Bu yenilik, xüsusilə Türkiyə vətəndaşlarına yönəlib. Türkiyə mediasında yayımlanan məlumata görə, ölkələr arasında artan münasibətlər, daşınmaz əmlak sahəsində yeni imkanlar qazanılmasına şərait yaradıb. Yeni qanunlara əsasən, Məkkə və Mədinədə daşınmaz əmlak əldə etməyə maraqlı olan əcnəbi fiziki şəxslərin müsəlman olmaları tələb edilir. Mülkiyyət hüququ yalnız xüsusi ərazilərdə və müəyyən şərtlər daxilində mümkün olacaq. Həmçinin, əcnəbi vətəndaşların əmlak almadan əvvəl Səudiyyə Ərəbistanında rəqəmsal şəxsiyyət alaraq, bank hesabı açmaları və yerli mobil nömrə əldə etmələri lazım gələcək. Ümumi Daşınmaz Əmlak İdarəsi (REGA) əlavələri qəbul etmək üçün prosesin elektron portal vasitəsilə aparılacağını bildirib. Eyni zamanda, türkiyəli sahibkarların Məkkədə iki yeni yaşayış layihəsi həyata keçirmələri planlaşdırılır. Bunlardan biri Bayt Al Maqam Al Haram Residences, digəri isə Bayt Al Maqam Masar Tower layihəsidir. Layihələr çərçivəsində toplam 647 mənzil inşa ediləcək. Bayt Al Maqam Al Haram Residences kompleksində 350 ədəd 1+1 və 150 ədəd 2+1 tipli mənzil olacaq. Bu kompleks Məscidül-Həramdan 13 kilometr məsafədə yerləşəcək. Digər tərəfdən, Bayt Al Maqam Masar Tower, Məscidül-Həramdan yalnız 900 metr məsafədə inşa ediləcək və burada 147 mənzilin satışa çıxarılması planlaşdırılır. Mənzillərin satış modeli olaraq, ilkin ödənişin 40 faizinin verilməsi nəzərdə tutulub, qalan məbləğ isə 36 ay ərzində hissə-hissə ödəniləcək. Alıcılara, eyni zamanda, kirayə verməyə imkan tanınacaq. Bütün bu proseslər peşəkar idarəetmə şirkətləri vasitəsilə həyata keçiriləcək.