Səddamın təyyarəsi satışa çıxarıldı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
"Iraqi Airways" şirkəti Tunisin cənub-qərbində park edilmiş iki "Boeing 747" təyyarəsini satışa təqdim edir. Bu təyyarələrdən birinin İraqın keçmiş diktatoru Səddam Hüseyn tərəfindən istifadə edildiyi bildirilir.
Hər bir təyyarənin qiyməti 900.000 dollar olaraq müəyyən edilib. Satış prosesini idarə etmək məqsədilə Tunisdəki İraq səfirliyində xüsusi bir komitə yaradılıb. Potensial alıcıların təkliflərini 21 dekabr - 5 yanvar tarixləri arasında qəbul edəcəklər.
"Iraqi Airways" şirkəti, satışa çıxarılan təyyarələrin hazırkı vəziyyətdə olduğunu və texniki zəmanət təqdim edilmədiyini vurğulayıb. Alıcılar bütün nəqliyyat, hüquqi köçürmə xərcləri, eləcə də gömrük rüsumlarını və təmir xərclərini ödəmək məcburiyyətindədirlər.
Satışa çıxarılan təyyarələr arasında Səddam Hüseynin dəfələrlə istifadə etdiyi "Boeing 747SP" modelinin yanı sıra 330 oturacaqlı "Boeing 747-200" sərnişin təyyarəsi də yer alır. Hər iki təyyarənin 1982-ci ildə istehsal edildiyi və İraqa təhvil verildiyi məlumdur.