Azərbaycanda 24 noyabrda hava şəraiti

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ara-sıra tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidmətindən aldıq.
Gün ərzində cənub-qərb küləyinin arabir güclənəcəyi, axşam saatlarında isə şimal-qərb küləyi ilə əvəz olunacağı bildirilir. Havanın temperaturu gecə 9-13° C, gündüz 15-20° C arasında dəyişəcək. Atmosfer təzyiqinin isə 763 mm civə sütunundan 757 mm civə sütununa enəcəyi proqnozlaşdırılır.
Rayonlarda hava şəraitinin də əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi bütün ölkə üzrə müşahidə ediləcək.
Rayonlarda gecə temperaturun 4-8° C, gündüz isə 15-20° C olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə gecə 0-5° C şaxta, gündüz 8-13° C isti olacağı qeyd edilir.