Okeadan tapılan qızılı kürənin sirri açıldı

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
2023-cü ildə Alyaska körfəzində, okeanın dərinliklərində 3250 metr dərinlikdə aşkar olunan sirli qızılı kürənin mənşəyi məlum olub. Bu obyekt, iki ildən artıqdır ki, alimlərin diqqətini çəkir və müxtəlif araşdırmalara səbəb olub.
Alimlər, ilkin olaraq, obyektin yumurta və ya süngərə bənzədiyini vurğulayaraq, onun hansı canlıya aid olduğunu müəyyən etməyə çalışıblar. Ancaq bu müddət ərzində dəqiq nəticə əldə etmək mümkün olmamışdı.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Smithsonian Milli Təbiət Tarixi Muzeyinin mütəxəssisləri, qızılı kürənin fiziki quruluşunu və DNT-sini araşdırıblar. Tədqiqatların nəticəsində obyektin Relicanthus daphneae adlı nəhəng dəniz anemonunun bir hissəsi olduğu təsdiqlənib. Bu, anemonun dəniz dibindəki qayalara yapışmasına kömək edən əsas toxumasının qalığıdır.
Alimlər, anemonun əsas hissəsinin ölmüş və ya başqa yerə köçmüş ola biləcəyini qeyd ediblər. Lakin bunun necə baş verdiyi hələ də məlum deyil. Beləliklə, iki ildən uzun müddət davam edən araşdırmanın nəticəsində okeanın dərinliklərindəki qızılı obyektin sirri aydınlığına qovuşub.
Mütəxəssislərin fikrincə, okean dərinlikləri hələ də kəşf edilməmiş çoxsaylı canlılar və təbii hadisələrlə zəngindir.