Ezonn Xəbər

Tanınmış “qanuni oğru” Moskvada saxlanıldı

Tanınmış “qanuni oğru” Moskvada saxlanıldı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Moskvanın Şeremetyevo hava limanında kriminal aləmdə “Valter” adı ilə tanınan 80 yaşlı gürcü əsilli qanuni oğru Valiko Ceceya saxlanılıb. Bu barədə məlumatı “Praym-Kraym” saytı yayıb. Ceceya uzun müddət Monteneqroda yaşayıb, lakin vizasının müddəti bitdiyi üçün bu ölkəni tərk etmək məcburiyyətində qalıb. O, Monteneqrodan Ermənistana gəldiyi zaman Rusiya vətəndaşı olması səbəbindən Moskva istiqamətində yola salınıb. Saxlanıldığı zaman Rusiya hüquq-mühafizə orqanlarına Valiko Ceceyaya qanuni oğru olması ilə bağlı suallar verilib, ancak o, bu suallara cavab verməkdən imtina edib. Rusiya mətbuatında yazılanlara görə, Ceceyaya ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Əməliyyatdan sonra isə o, Rusiyanı tərk etməyə söz verib. Valiko Ceceya 1990-cı illərdə Uzaq Şərqdə və Saxalində cinayət fəaliyyətlərinə liderlik edən nüfuzlu qanuni oğru kimi tanınır. O, o dövrdə Uzaq Şərqdə təsir dairələrinin bölüşdürülməsi uğrunda tanınmış kriminal lider Yevgeni Vasinlə ("Cem") rəqabət aparıb.