Ezonn Xəbər

Yüksək Vəzifələrə Yeni Təyinatlar

Yüksək Vəzifələrə Yeni Təyinatlar
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Bu məlumat Axar.az vasitəsilə agentlikdən paylaşılıb. Jalə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetində ‘Riyaziyyat və informatika müəllimliyi’ ixtisası üzrə bakalavr təhsili alıb. Hal-hazırda ADA Universitetində ‘Təhsil üzrə menecment’ ixtisası üzrə magistratura təhsilini davam etdirir. O, 2022–2023-cü illərdə ADA Universitetinin ‘Bir müəllimin Manifesti’ Peşəkar İnkişaf Proqramında iştirak etmişdir. Öz əmək fəaliyyətinə 2021-ci ildən Laçın rayon Vəliuşaqlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi başlayan Jalə Məmmədova, son olaraq 2023–2024-cü illərdə Bərdə STEAM Mərkəzində Bərdə rayonu üzrə koordinator vəzifəsində çalışmışdır. Kəmalə Əliyeva isə Bakı Dövlət Universitetində ‘Riyaziyyat’ ixtisası üzrə bakalavr, ADA Universitetində isə ‘Təlimin və tədrisin təşkili və metodikası’ üzrə magistratura təhsili almışdır. 1995–2011-ci illərdə Salyan şəhər Y. Qafarov adına 8 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Daha sonra 2012–2026-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində müxtəlif vəzifələrdə çalışmışdır. Hər iki xanım peşəkar fəaliyyəti ərzində bir sıra yerli və beynəlxalq təlim proqramlarında iştirak edərək orta ixtisas təhsili sahəsində də bir çox tədqiqat işlərinin müəllifi olmuşlar.