Almaniyaya aparılan çirkli corabların içindən əqrəb çıxdı

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Perunun paytaxtı Limada gömrük əməkdaşları, Almaniyaya aparılması planlaşdırılan 3000-dən çox tarantulanı müsadirə ediblər. Müsadirə hadisəsi, Xorxe Çaves Beynəlxalq Hava Limanında baş verib.
Sözügedən hadisədə, Peru Milli Meşə və Vəhşi Təbiət Xidmətinin (SERFOR) əməkdaşları, baqajlarda qeyri-adi hərəkətlilik müşahidə edərək hərəkətə keçib. Yoxlama nəticəsində, minlərlə hörümçək aşkarlanıb, bunların arasında nadir növlər də yer alır.
Müsadirə edilən yükün, iki Almaniya vətəndaşı və bir Polşa vətəndaşı tərəfindən ölkədən çıxarılmağa çalışıldığı məlum olub. Araşdırmalara görə, bu şəxslər arasında tarantulalar üzrə tanınmış bir tədqiqatçı da vardır.
Müsadirə edilən hörümçəklər arasında yumurtalar, yeni çıxmış balalar və yetkin fərdlər aşkar edilib. Bu canlıların arasında elmi ədəbiyyatda hələ rəsmi şəkildə təsvir edilməmiş bəzi növlərin olduğu bildirilir. Həmçinin, qorunan və nəsli təhlükə altında olan Pamphobeteus antinous növü də müsadirə olunmuşdur.
Mütəxəssislərin proqnozlarına görə, bu qanunsuz ticarətdən əldə edilə biləcək gəlir 1,5 milyon avrodan artıqdır. Saxlanılan şəxslər, ətraf mühitə qarşı cinayətlərlə mübarizə üzrə polis bölməsinə təhvil verilib və barələrində hüquqi prosedurlar başlanıb.