Azərbaycan-İtaliya arasında 7 əməkdaşlıq sənədi imzalanıb

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində iki ölkə arasında 7 əməkdaşlıq sənədi imzalanıb. Bu sənədlər kritik xammal, yüksək məhsuldarlıqlı hesablama sistemləri, süni intellekt, investisiya və biznes əməkdaşlığı sahələrini əhatə edir.
İmzalanan sənədlər arasında kritik xammal sahəsində üçüncü dövlətlərlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonardo S.p.A." şirkəti arasında əməkdaşlıq müqaviləsi, habelə “Baku Steel Company” QSC, “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” arasında yerli sənaye məhsullarının ixracını təşviq edən sənəd yer alır.
Bundan əlavə, “IVECO” şirkəti ilə “Azteximport” arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi, “SIMEST S.p.A.” ilə İtaliya-Azərbaycan Ticarət Palatası arasında ticarət və investisiya əməkdaşlığının məqsədini güdən memorandumlar imzalanıb. Eyni zamanda, "Nort West Construction" MMC ilə "FALORNI TECH S.R.L." arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi ilə bağlı müqavilə da daxil olmaqla, 7 sənəd mübadiləsi baş tutmuşdur.
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında da ticarət və investisiya əlaqələrinin genişləndirilmesi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu memorandumu həmçinin investisiya layihələrinin təşviqi üçün strateji addım kimi qiymətləndirmək olar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, yaxın günlərdə “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” yeni ikitərəfli sazişin imzalanması hədəfləndiyini qeyd edib. O, İtaliyanın enerji bazarında Azərbaycanın rolunu vurğulayaraq, iki ölkənin enerji əməkdaşlığının ikitərəfli münasibətlərdə effektiv olduğunu bildirib.