Ezonn Xəbər

Melaniya Tramp Ağ Evdə "Sülh şansı"nı nümayiş etdirdi

Melaniya Tramp Ağ Evdə "Sülh şansı"nı nümayiş etdirdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Ağ Evdə önəmli bir tədbir həyata keçirib. Bu görüşdə Rusiya və Ukrayna nümayəndələrinin bilərəkdən yan-yana əyləşdirilməsi, barışıq ehtimalını vurğulamaq məqsədini güdürdü. Tədbirdə Xerson vilayətində qismən atəşkəs danışıqlarında iştirak edən rəsmi şəxslər də yer alıblar. Melaniya Trampın nümayəndəsi Mark Bekman, bu qeyri-adi addımın birinci xanımın sülhün əldə olunma ehtimalını göstərmək amacıyla atıldığını bildirib. Tramp, bu tədbiri tarixi bir an olaraq qiymətləndirərək, Aleşkidəki atəşkəsin uzunmüddətli sülhə bir addım olacağına ümid etdiyini ifadə edib. Görüş üçün birinci xanım Ağ Evin arxivindən seçdiyi barışıq və möhkəm ittifaqı rəmzləşdirən tarixi əşyaları da nümayiş etdirib. Prezident Donald Tramp, həyat yoldaşının bu səylərini müsbət qiymətləndirdiyini açıqlayıb. Tədbirdə Rusiyanı prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev və insan hüquqları üzrə müvəkkil Yana Lantratova təmsil edib. Melaniya Tramp, Dmitriyev vasitəsilə Vladimir Putinə, Araxamiya vasitəsilə isə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub göndərib. Kreml isə görüşün keçməsini müsbət dəyərləndirib.