Ezonn Xəbər

Ada Süleymanova qəza zamanı avtomobili özü idarə etmirmiş - DETALLAR

Ada Süleymanova qəza zamanı avtomobili özü idarə etmirmiş - DETALLAR
Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir. Bu gecə baş verən dəhşətli qəza nəticəsində tanınmış aparıcı Ada Süleymanova həyatını itirib. Sosial şəbəkələrdə və bəzi internet portallarında onun içkili vəziyyətdə avtomobili idarə etdiyi ilə bağlı yayılan məlumatlar yanlış olduğu məlum olub. Manset.az-ın verdiyi məlumatlara görə, Ada Süleymanova arxa oturacaqda oturub və avtomobili başqa bir şəxs idarə edib. Qəza zamanı hər iki şəxs, yəni sürücü və Ada Süleymanova avtomobildə sıxılmış vəziyyətdə qalıb və daha sonra FHN-nin xilasediciləri tərəfindən çıxarılıblar. Baş vermiş ağır qəza nəticəsində hər iki şəxsin vəfat etdiyi təsdiqlənib. Bu hadisənin ardından sosial şəbəkələrdə baş verən dezinformasiyalara görə, Manşet.az xəbər portalı istifadəçiləri qınayaraq, ictimai müzakirələrdə dəqiqləşdirilməmiş məlumatların yayılmasına qarşı çıxıb. Xəbərdə vurğulanır ki, bu cür çətin anlarda dəqiq məlumatlar əsasında münasibət bildirmək əhəmiyyətlidir. Həmçinin, sosial şəbəkələrdə gedən müzakirələrdə təhqir və söyüşlərin istifadə edilməsini qətiyyətlə pisləyir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən istinad etmək mütləqdir.