QMİ: Həcc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu dolub

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 50 faizindən çoxu doldurulub. Bu məlumatı Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri açıqlayıb.
Həcc ziyarətinə qatılmaq üçün vətəndaşlardan tələb olunan sənədlərin siyahısına ümumvətandaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 5 sm × 5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar üçün tünd hicabda) və sağlamlıq haqqında arayış daxildir. Pasportun ən azı bir il müddəti olmalıdır.
Sənədlərin qəbulu iş günləri ərzində, Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7-də yerləşən Qafqaz Müsəlmanları İdarəsində saat 10:00-dan 16:00-a qədər həyata keçirilir. Bu il Həcc ziyarətinə sənəd qəbulu, sentyabrın 24-də başlamışdır.
Vüsal Cahangiri bildirib ki, iştirakçıların sayı artdıqca, tələb və maraq da yüksəlir. Belə ki, indiki dövrdə müraciətlərin çoxalması bu müqəddəs istiqamətdə daha geniş maraq doğurur.