Ezonn Xəbər

Tovuzda yol-nəqliyyat qəzası: 1 ölü, 4 yaralı

Tovuzda yol-nəqliyyat qəzası: 1 ölü, 4 yaralı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Tovuz rayonu, Qovlar kəndi ərazisində baş verən yol-nəqliyyat qəzasında bir nəfər ölüb, dörd nəfər isə yaralanıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumatda, vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qaldığı bildirilir. Hadisəyə dərhal FHN-in Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerinə gələn mütəxəssislər, VAZ markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyünü müəyyən ediblər. Qəza nəticəsində Hüseynov Şakir Şahmalı oğlu, 1961-ci il təvəllüdlü sürücünün meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, qəzada 2-si azyaşlı olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Fövqəladə Hallar Nazirliyi məlumatları toplayaraq, hadisə ilə bağlı ətraflı araşdırmalara başlayıb.