Ezonn Xəbər

“Obitus" filminin qala gecəsi baş tutdu - FOTOLAR

“Obitus" filminin qala gecəsi baş tutdu - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 18-də “Park Cinema Flame Towers” kinoteatrında Azərbaycan istehsalı olan “Obitus” filminin təntənəli qala gecəsi baş tutub. Bu tədbirdə filmin rejissoru, aktyor heyəti, tanınmış simalar, jurnalistlər və kino həvəskarları iştirak ediblər. Gala gecəsində qonaqlar, filmin yaradıcı heyəti ilə görüşərək, xatirə şəkilləri çəkdirib və filmi böyük ekranda izləyiblər. Hollivud filmlərini xatırladan atmosferi, vizual effektləri və gərgin süjeti ilə seçilən “Obitus”, tamaşaçılardan müsbət rəylər alıb. “Park Cinema”nın PR meneceri Anar Eyvazov bildirib ki, yerli kino istehsalının inkişafı və Azərbaycan filmlərinin geniş auditoriyaya çatdırılması kinoteatrlar şəbəkəsi üçün xüsusi əhəmiyyət kəsb edir. O, “Azərbaycan kinosunun inkişafını görmək bizi hər zaman sevindirir. "Obitus" kimi iddialı layihələrin ərsəyə gəlməsi və tamaşaçılara təqdim olunması olduqca qürurvericidir.” deyə vurğulayıb. Filmin süjeti, dağıdıcı seldən sonra ucqar kənddə yayılan naməlum parazitar infeksiya və sağ qalmaq uğrunda mübarizə aparan ata ilə qızın hekayəsindən bəhs edir. “Obitus” filmi artıq “Park Cinema” kinoteatrlarında nümayiş olunur.